Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:53

"Yay gəldi, rahatlığımız pozulur"


Arxiv fotosu
Arxiv fotosu
“Gecələr Alatavadan “20 yanvar” metrostansiyasınadək yolboyu düzülürlər, səhərə kimi “müştəri” tutmaqla məşğul olurlar”.

Bunları AzadlıqRadiosunun “Qaynar xətt”inə Yasamal rayonu, 3168-ci məhəllə, Moskva prospekti 73A binasının sakinləri yazırlar.

"YAY GƏLDİ, RAHATLIĞIMIZ POZULUR"

“Yay gəldi, yenə rahatlığımız pozuldu. Gecə saat 12-ni keçən kimi yaşadığımız ərazilərə yığşırlar. Yaşadığmız binalarda kirayələdikləri mənzillərdə min oyundan çıxırlar. Ancaq onlar təkcə bununla kifayətlənmirlər. Şəxsi avtomobili olan homoseksuallar elə öz avtomobillərindəcə “xidmət” göstərirlər. Sahə polisi isə bütün bunlara göz yumur. Əxlazsıqlığın qarşısını alan yoxdur”.

Sakinlər yazırlar ki, bütün bunlar yaşadıqları ərazidə tez-tez asayişin pozulmasına, hətta dava-dalaşa səbəb olur. Hətta bir neçə dəfə cinayət də baş verib. Onlar belə vəziyyətin davam etməsini küçədə yaşayan azyaşlıların və yeniyetmələrin tərbiyəsinə də mənfi təsir etdiyini bildirirlər.

"VAXTAŞIRI TƏDBİR GÖRÜLÜR"

Sakinlər eyni müraciəti Yasamal rayon İxcra Hakimiyyətinə və ölkə başçısına da ünvanladıqlarını bildirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qaynar xətt”ə bildirilib ki, sakinlərin qeyd etdikləri ünvan daim polis nəzarətindədir. Ərazidə tez-tez reydlər keçirilir. İndiyədək narahatlıq yaratmış belə şəxslər barədə dəfələrlə inzibati tədbirlər görülüb.

Sakinlər isə bu tədbirlərin nəticəsiz qaldığını bildirir, daha sərt tədbirlərin görülməsini tələb edirlər.
XS
SM
MD
LG