Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:56

İraqın ən böyük neft emalı zavodunda döyüşlər gedir


İraqın Baijidəki ən böyük neft email zavodunda iyunun 20-də islamçı yaralılarla hökumət qoşunları arasında döyüşlər davam edib. İraq İslam Dövləti yaraqlıları bu həftənin əvvəlində bu neft email zavodunu mühasirəyə alıb. ABŞ prezidenti Obama iyunun 19-da bildirdi ki, yaraqlılarla mübariozəyə kömək üçün İraqa 300 hərbi müşavir göndərəcək.
Obama deyir ki, ABŞ əsgərləri döyüşmək üçün İraqa qayıtmaycaq.

İraqın şiə hökuməti ABŞ-dan xahiş etmişdi ki, sünni yaraqlılara hava zərbələri endirsin. Obama bildirib ki, o “hədəfli” hərbi aksiya qərarını verəcək, ancaq əlavə edir ki, “nə vaxt və əgər” lazım olsa.

Eyni vaxtda Obama israr edir ki, hazırda “hərbi həllə” ehtiyac yoxdur.
XS
SM
MD
LG