Keçid linkləri

Təcili xəbərlər
2021, 18 May, çərşənbə axşamı, Bakı vaxtı 22:29

Azərbaycana 1 milyon dollar gətirən Gürcüstan deputatları buraxılıb


“Azərbaycanda olan Gürcüstan deputatlarını buraxıblar”, - bunu Gürcüstanın “İmedi” televiziyasına Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Sharshenidze deyib.
Səfir bildirib ki, “deputatlar tutulub –saxlanmamışdı və ya həbsə alınmamışdı. 4 saat çəkən daxili təhiqat aparılıb. Sonra onları buraxıblar. Onları ona görə saxlamışdılar ki, üstlərində deklarasiya olunmamış böyük məbləğdə pul olub. Azərbaycan qanunlarına uyğun araşdırma aprılıb. Sonra onları buraxıblar”.

Bundan əvvəl yayılan məlumata görə, Gürcüstan parlamentindən 2 deputatı – İrma Nadirashvili və Zurab Japaridze iyunun 19-da Azərbaycanda saxlanıb. “Exo Kavkaza” saytı “İnterpressNews” saytına istinadla məlumat verirdi ki, deputatlar elektroşok cihazları və külli miqdarda pul keçirmək istəyiblər.

Ancaq Gürcüstanın Azərbaycandakı səfiri Sharshenidze elektroşok cihazlardan xəbəri olmadığını, söhbətin yalnız külli miqdarda puldan getdiyini bildirmişdi.
Səfir deyib ki, “biz pulun miqdarını bilmirilk. Ancaq təxminən 1 milyon dollardır”.
XS
SM
MD
LG