Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:46

Apellyasiya məhkəməsi Elsevər Mürsəllinin şikayətinə baxıb


-
Bakı Apelyasiya Məhkəməsi iyunun 19-da «facebook» fəalı Elsevər Mürsəllinin şikayətinə baxıb.

Vəkil Xalid Bağırovun bildirdiyinə görə, prosesdə bir neçə şahid dindirilib.
Növbəti məhkəmə prosesi iyunun 24-nə təyin olunub.

Elsevər Mürsəllini keçən il həbs olunub. O, külli miqdarda narkotik saxlamaqda ittihamı olunur.

Aprelin 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi onun haqqında 5 il azadlıqdan məhrum etmə qərarı çıxarıb. Müdafiə tərəfi bu qərardan apellyasiya şikayəti verib.

Yaxınları onun keçən ilki prezident seçkilərində sosial şəbəkələrdə Milli Şuranın sədri Cəmil Həsənlini dəstəklədiyinə görə həbs edildiyini bildirir.
XS
SM
MD
LG