Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:20

Sabiq nazirin vəkili: «Ayaq üstə dura bilmirdi»


Nicat Quliyev
Nicat Quliyev
-
İyunun 19-da Sumqayıt Apellyasiya Məhkəməsində sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin apellyasiya şikayəti üzrə növbəti proses keçirilib.

Vəkil Əfqan Məmmədovun Media forum saytına dediyinə görə, Nicat Quliyev ağır xəstəlikdən əziyyət çəkdiyindən onun həbsxana şəraitində müalicəsinin mümkünlüyü ilə bağlı vəsatətlə çıxış edib:

«Nicat Quliyevin səhhətində ciddi problemlər var, ağır xəstəlikdən əziyyət çəkir. Bu səbəbdən onu əvvəlki iki prosesə gətirmək mümkün olmamışdı və məhkəmə təxirə salınmışdı. Vəziyyəti yenə ağırdır, ayaq üstə dura bilmirdi. İyunun 19-da keçirilən prosesə də məhkəməyə hörmət əlaməti olaraq gəlmişdi».

Vəkilin dediyinə görə, hakim vəsatəti qismən təmin edib:

«Nicat Quliyevin səhhətini, xəstəliklərini öyrənmək üçün saxlandığı 3 saylı İstintaq Təcridxanasına sorğu göndəriləcək. İstintaq təcridxanasının sorğuya verdiyi cavab əsasında qərar qəbul olunacaq».

Proses iyulun 3-dək təxirə salınıb.

Nicat Quliyevi 2013-cü il avqustun 7-də MTN həbs edib. Abşeron rayon Məhkəməsinin hökmü ilə sabiq nazir 3 il azadlıqdan məhrum edilib. O, qanunsuz odlu silah saxlamada təqsirli bilinib. Sabiq nazir ittihamları qəbul etmir.
XS
SM
MD
LG