Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:09

Baş Prokurorluq Qaladakı partlayışla bağlı məlumat yayıb


-
Qala qəsəbəsindəki 5-ci mədəndə iki nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 223.2-ci maddəsi ilə cinayət işi açılıb.

Bu barədə iyunun 19-da Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

İyunun 18-də H.Tağıyev adına Neft Qaz Çıxarma İdarəsinin Qala qəsəbəsindəki 5-ci mədənində iki nəfərin ölümü ilə nəticələnən partlayış olub.

Qazla qaynaq işləri aparan Zakir Əliyev və Dmitri Baranov ölüb.

İş üzrə istintaq davam etdirilir.
XS
SM
MD
LG