Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:33

Oliqarx Rusiya ilə bütün sərhədə polad sədd çəkməyi təklif edir - Mətbuat icmalı


 Igor Kolomoisky (solda)
Igor Kolomoisky (solda)
-
Kolomoisky təklif edir ki, Rusiya ilə sərhəddə 1500 km uzunluğunda , 2 metr hündürlüyündə sədd çəkilsin.


İspaniya kralı Juan Carlos və İspaniya yığması eyni gündə hərə öz krallığından getdi.

Əfqanıstanda prezidentliyə namizədlər qadın seçiciləri öz tərəflərinə çəkmək istəyir.

Dünya Mediası bu gün nədən yazır?


1500 KM-LIK HASAR

Times qəzeti yazır ki, Rusiya ilə sərhəddin möhkəmləndirilməsinə ukraynalı oliqarx pul buraxır. Ukraynaın ən varlı adamlarından biri olan milyarder İgor Kolomoisky Rusiya ilə sərhəddi möhkəmlətməyə öz cibindən 100 milyon avro verir.

Ukraynaın ən böyük kommersiya bankının sahibi olan Kolomoisky bundan əvvəl tutulan hər Rusiya yaraqlısına görə mükafat təyin etmişdi.

İndi isə Dnepropetrovsk vilayətinin qubernatoru olan Kolomoisky təklif edir ki, Rusiya ilə 1500 km-lik sərhəddə 2 metr hündürlüyündə hasar tikilsin, bu hasara həyəcan siqnalları qoyulsun, polad məftillər çəkilsin, minalanmış zolaq yaradılsın və xəndəklər qazılsın. Onun fikrincə, 6 aya belə səddi tikmək olar və Rusiya birdəfəlik səddin o tayında qalcaq.

Kolomoisky öz təklifini prezident Poroshenkoya təqdim edib.

Ukrayna mediasının məlumatına görə, Ukraynanın sərhəd xidmətinin rəhbərinin köməkçisi Astakhov təklifi bəyənir.

Yulia Tymoshenkonun partiyasından olan millət vəkili Stoyko da deyib ki, bu, kimin təklifi olmasından asılı olmayaraq yaxşı təklifdir və belə sədd tikilməlidir.

Klitschkonun Udar partiyasından olan deputat Rizanenko isə deyir ki, belə sədd əslində bir neçə il qabaq tikilməli idi.

İKİSİ DƏ KRALLIQDAN BİR GÜNDƏ GETDİ

İndependent qəzeti yazır ki, İspaniya kralı Juan Carlos 40 ildən sonra krallıqdan getdiyi gün indiki futbol üzrə dünya çempionu - İspaniya yığması da Çiliyə uduziub, futbol krallığından getdi.

İspaniya qəzeti El Mundo bu oyun haqda məqaləsinə belə başlıq qoyub: “Dünya dağıldı”.

İndiyə kimi tarixdə cəmi 3 dəfə dünya çempionu elə birinci mərhələdən birinciliyi tərk edib. Bu, 1950 və 2010-cu ildə İtaliya və 2002-ci ildə Fransa olub.

Qəzet yazır ki, Çili ilə oyunda Xavinin və Piquenin oynamaması yığmada problemlərin olduğunu göstərir.

Yığmanın məşqçisi Del Bosque isə deyib ki, “Biz hardayıq və hara gedirik? – bunu təhlil edib, cavab vermək hələ tezdir”.

QADINLARIN 12 FAİZİ YAZIB-OXUYA BİLİR

Foreign Policy məcmuəsi yazır ki, Əfqanıstan siyasətində qadın haqları gündəmə çıxır. Prezidentlikdən gedən Karzainin yerinə gəlmək istəyən hər iki iddiaçı 100-dən çox qadın təşkilatının müraciətini imzalayıb. Həmin müraciət qadınlara kişilərlə bərabər haqların verilməsini və qadınlara qarşı zorakılığın dayandırılmasını tələb edir.

Qadınların vəziyyəti ilə bağlı dərgi yazır : hökumətin seçki monitorinq mərkəzi elan edib ki, Əfqanıstnad qadınların 38 faizi bu son prezident seçkisində səs verib. Ancaq buna heç kim inanmır. Çünki Əfqanıstanda nə qədər adamın yaşadığı dəqiq məlum deyil. Nə qədər adamın səs verdiyi də bəlli deyil. Hakimiyyət rəsmi nəticələri hələ elan etməyib.

Bundan başqa Əfqanıstanda adətən kişilər qadınların yerinə səs verir.
Qadınların durumu ilə bağlı Foreign Policy statistikanı xatırladır. Əfqanıstanda hər 2 saatdan bir doğuşda bir ana ölür. Bir neçə il əvvəl Əfqanıstanda belə ölüm hər 25 dəqiqədən bir baş verirdi.

Dünya Bankının məlumatına görə, Əfqanıstanda qadınların 12 faizi yazıb-oxuya bilir. 12-16 yaşlı qızlar arsında bu göstərici 36 faizdir.

Müqayisə üçün, 12-16 yaşlı oğlanların 62 faizi yazıb-oxuya bilir.

Əfqanıstanda qadın haqları çox mühüm siyasi amilə çevrilir. May ayında Londondakı Strateji Tədiqatlar İnstitutunun hesabatı hətta belə adlanırdı: “Qadın haqları Əfqanıstanı dəyişir”.

“İNGİLİS CASUSU”

İranlı qadın rejissor Mahnaz Mohammadi İran dövləti əleyhinə BBC ilə əməkdaşlıq etdiyinə görə 5 il həbs cəzası alıb. Guardian qəzeti yazır ki, Mahnaz Mohammadi mükafatlar alan sənədli filmlər rejissorudur və qadın haqları müdafiəçisidir.

Maraqlıdır ki, o, BBC ilə heç vaxt əməkdaşlıq etmədiyini və onun sənədli filmlərindən heç birinin BBC-də nümayiş olunmadığını deyir.

Ona qarşı ittihamlarda Mohammadinin al-Jazeera, Amerikanın Səsi , Radio France İnternational ilə də əməkdaşlıq etdiyi bildirilir.

Guardian yazır ki, İranda casusluqda ittiham olunan ingilis casusu olmasını iddia etməyin uzun tarixi var.

İran hakimiyyəti BBC-ni də Britaniyanın casus şəbəkəsinin halqası hesab edir.
Mohammadi isə deyir ki, onun tutilmasının səbəbi casusluqla yox, onun qadın hüqularını müdafiə etməsi ilə bağlıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG