Keçid linkləri

2017, 24 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 11:13

Masallının «Halay» ansamblı Macarıstanda çıxış edəcək


-
İyulun 2-dən 6-dək Macarıstanın Kaloça şəhərində XX ənənəvi Dunay mahnı və rəqs festivalı keçiriləcək.

Xəbəri AzadlıqRadiosuna Azərbaycanın Macarıstandakı səfirliyindən veriblər.

10-dan çox ölkənin qatıldığı festivala bu il Azərbaycan fəxri qonaq statusunda dəvət alıb.

Ölkəni bu populyar mədəniyyəti bayramında Masallı rayonunun məşhur «Halay» rəqs qrupu və xalq çalğı alətləri ansamblı təmsil edəcək.

Dunay festivalı çərçivəsində canlı musiqinin müşayiəti ilə Azərbaycan rəqslərinin nümayişi, folklor nümunələrinin təqdimatı, ayrıca «Azərbaycan musiqisi gecəsi»nin təşkili nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG