Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:37

Moskvada qətldə şübhəli bilinən Orxan Zeynalova azərbaycanlı vəkil təyin olunub


Orxan Zeynalov
Orxan Zeynalov
-
İyunun 18-də Rusiyada yerli sakinin qətlində şübhəli bilinən Orxan Zeynalovun məhkəməsi başlayıb.

apa-nın Moskva müxbiri Fərid Əkbərov AzadlıqRadiosuna bildirib ki, Moskva şəhər Məhkəməsində keçirilən prosesdə Orxan Zeynalov barəsində seçilən həbs-qətimkan tədbiri noyabrın 30-dək uzadılıb.

Orxan Zeynalov məhkəməyə əllərində xüsusi təlim görmüş itlər olan nəzarətçilərin müşayiəti ilə gətirilib. Məhkəmə binası ətrafında yüksək təhlükəsizlik tədbirləri görülüb.

Fərid Əkbərovun sözlərinə görə, adətən təhlükəli cinayətkarlar, terrorçular məhkəməyə bu üsulla gətirilir.

Orxan Zeynalovun müdafiəsinə yeni vəkil qoşulduğundan proses sabaha qədər təxirə salınıb. Fərid Əkbərov deyir ki, azərbaycanlı vəkil Abbasmirzə Abdullayev cinayət işi materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyibmiş.

Məhkəmə prosesi qapalı keçirilir.

İstintaq Orxan Zeynalovu ötən il oktyabrın 10-da Moskva sakini Yegor Sherbakov-u qətlə yetirməkdə şübhəli bilir. Y.Sherbakov-un ölümündən sonra Moskvada miqrantlar əleyhinə iğtişaşlar baş vermişdi.
XS
SM
MD
LG