Çin mediasının «təsadüfi partlayış» adlandırdığı hadisədə 17 əsgər ölüb. Rəsmi Xinhua agentliyi yazır ki, əsgərlər Çinin mərkəzində hərbi anbara sursat yerləşdirən zaman partlayış baş verib.
Partlayış iyunun 17-də Hunan əyalətində olub. Xinhua-nın məlumatına görə, hadisənin səbəbi araşdırılır.