Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 17:31

İyunun 18-də ABŞ prezidenti Barack Obama Ağ Evdə Konqres liderləri ilə görüşərək İraqdakı durumu müzakirə edəcək. Görüşə Senat azlığının lideri Mitch McConnell, çoxluğun lideri Harry Reid, Nümayəndələr Palatasının spikeri John Boehner və palata azlığının lideri Nancy Pelosi qatılacaq.

Öncə administrasiya Senatın Silahlı Xidmət Komitəsinin üzvləri üçün İraqdakı vəziyyətlə bağlı xüsusi dinləmə keçirib.

İyunun 17-də respublikaçı senatorla İranla İraqa dair danışıqlar aparılması mövzusunda fərqli mövqe sərgiləyiblər. Senator Lindsey Graham digərlərindən fərqli olaraq məsələyə dəstəyini bildirib:

«İranlıların İraq üzərində nüfuzu var, bu nüfuz bizim xeyrimizə istifadə oluna bilər. Bu, o demək deyil ki, biz müttəfiqik,» o, söyləyib.
XS
SM
MD
LG