Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:49

Azərbaycan biznes mühitinə görə 82 ölkə arasında 73-cü yerdədir


Dünyada iş görməyə ən yaxçı ölkə hansıdır?
Economist İntelligence Unit təşkilatı 82 ölkə üzrə “Biznes Mühiti Reytinqi” adlı yeni hesabatını hazırlayıb.

Hesabata görə, dünyada iş görməyə ən əlverişli ölkə Sinqapurdur.

Azərbaycan isə 82 ölkə arasında 73-cü yeri tutub.

İş görməyə yaradılan şəraitə görə Sinqapur 8,56 bal alıbsa, Azərbaycan 4,66 balla qiymətləndirilib. Başqa sözlə, Azərbaycanda biznesə şərait dünya lideri olan Sinqapurdakından təxminən 2 dəfə pisdir.

Hesabatda aldığı qiymətə görə, Azərbaycanda biznesə yaradılan şərait Pakistan, Nigeriya və ya Əlcəzairdəki kimidir.
XS
SM
MD
LG