Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:34

MTN 254 min dolları ələ keçirən bank oğrularını həbs edib


-
Milli Təhlükəsizlik Nazirliyi komputer sisteminə qanunsuz daxil olaraq müxtəlif bank hesablarından külli miqdarda pul vəsaitlərini talayan 5 Azərbaycan və 1 Rusiya vətəndaşını tutub.

Nazirliyin ictimai əlaqələr mərkəzinin iyunun 17-də yaydığı məlumatda deyilir ki, Fərid Hadiyev, Yaşar Ələkbərov, Nasir İbrahimov, Fərrux Bayramov, Teyyub Rinat Aqarunov və Rusiya Federasiyasının vətəndaşı Nair İfraimova cinayət işi başlayıb.

Məlumatda deyilir ki, təqsirləndirilən şəxslər birlikdə bank hesabları açdıraraq “MasterCard Standard” plastik kartı sifariş ediblər. Hazır olan kimi hesabın açılması ilə bağlı sənədləri kartla birlikdə götürüblər.

Fərid Hadiyev işlədiyi bank filialında iri məbləğdə əmanətləri olan bir sıra şəxslərin kredit kartlarının nömrələrini mobil telefonla Yaşar Ələkbərova göndərib.

Yaşar Ələkbərov həmin nömrələrdən istifadə edərək qeyd olunan bank əmanətçilərinin kart hesablarından ümumilikdə mart ayında 76 min, may ayında isə təxminən 178 min ABŞ dolları məbləğində pulu elektron köçürmə yolu ilə «MasterCard Standard» plastik kartına köçürüb.

Pulların köçürülməsindən sonra onlar Bakı şəhərində müxtəlif yerlərdə bankomatlar və bank filialı vasitəsilə həmin pul vəsaitlərini hissə-hissə nağdlaşdırıblar.

Nair İfraimov isə Moskva şəhərində Rinat Aqarunovun adına olan plastik kartdan istifadə etməklə bu şəhərdəki bankomatlar vasitəsilə köçürülmüş həmin pul vəsaitlərini hissə-hissə nağdlaşdırıb.

Ümumilikdə qrup üzvləri 254 min ABŞ dolları məbləğində pulu öz aralarında bölüblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG