Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Mart, çərşənbə axşamı, Bakı vaxtı 05:47

Mahir Şükürov Türkiyənin «Karşıyaka» komandasında çıxış edəcək


Arxiv foto

Futbol üzrə Azərbaycan yığma komandasının müdafiəçisi Mahir Şükürov bundan sonra Türkiyənin «Karşıyaka» komandasında çıxış edəcək.

«Neftçi»nin sabiq arxa xətt oyunçusu yeni klubu ilə müqavilə də imzalayıb.

Bu haqda «Karşıyaka» klubunun rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, 31 yaşlı futbolçu ilə iki illik müqavilə imzalanıb.

Mahir Şükürov İnter Bakı, Karvan, Olimpik Bakı, Neftçi, Xəzər Lənkəran və Antalyaspor komandalarında çıxış edib.

53 dəfə Azərbaycan yığmasının formasını geyən və 3 qol vuran Mahir Şükürov «Karşıyaka»da türk əsilli oyunçu statusunda çıxış edəcək.
XS
SM
MD
LG