Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Sentyabr, bazar, Bakı vaxtı 14:49

195 deputat islam geyim tərzinə riayət olunmasına çağırır


İran parlamentinin 195 deputatı İran prezidenti Hassan Rouhanini ölkədə islam geyim tərzini reallaşdırmağa çağırıb. İranda islam geyim tərzi 1979-cu il inqilabından sonra qüvvəyə minib. Ancaq Rouhani prezident olandan bu geyim qaydalarına elə də ciddi riayət olunmur.

Deputatlar imzaladıqları məktubda prezident Rouhanini Qərbin mədəni nüfuzunun qabağını almağa çağırırlar. Məktubda deyilir ki, bu Qərb nüfuzu islam dəyərlərini hədəfə alır.

Deputatalar yazırlar ki, “mədəni təcavüzün əsas sahələrindən biri iranlıların baş örtüyü ilə bağlı həyat tərzini dəyişməkdir”.
XS
SM
MD
LG