Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:30

7 dəfə dünya çempionu Schumacher komadan çıxdı


Michael Schumacher
Michael Schumacher
.

“Formula 1” yarışlarının keçmiş çempionu Michael Schumacher artıq komada deyil.

Bunu onun sözçüsü Sabina Kehm bildirib. Kehmin dediyinə görə, Schumacher Grenobl xəstəxanasını tərk edib və onun müalicəsində uzun müddətli bərpa dövrü başlanıb.

Kehm bir daha təkrar edib ki, Schumacher komada deyil.

7 dəfə dünya çempionu olan Schumacher keçən ilin dekabrında Alp dağlarında sürüşərkən başından zədələndi. O vaxtdan çempion komada idi.

Ancaq həkimlər bildirirdi ki, müalicəni asanlaşdırmaq üçün onu süni komada saxlayırlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG