Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:56

Klinsmann ABŞ haqda: “Bu ölkədə 1-ci olmaq istəyi gendədir” – Mətbuat icmalı


“İraq xəritələri” - ABŞ-ın doğrudan da İraqı bölmək planı varmı?

İran prezidenti deyir ki, azad olmayan cəmiyyətdə azad sənət yarana biıməz.

Tacikistanda Youtube, Google niyə bağlanır? Son araşdırmaya görə yağlı yemək ziyan deyilmiş.

Dünya mediası nədən yazır?


1-Cİ OLMAQ İSTƏYİ NƏ DEMƏKDİR?

ABŞ yığmasının məşqçisi Klinsmann Amerikanı içəridən necə görür?
İyunun 16-da Braziliyada futbol üzrə Dünya Kubokunda ilk oyununu oynayan ABŞ yığmasının məşqçisi , məşhur Almaniya futbolçusu Klinsman Time jurnalına müsahibəsində ABŞ haqda maraqlı fikirlər söyləyib: “bu ölkəni birinci olmaq ambisiyası hərəkət elətdirir.Bu onların qanundadır, genindədir. Bu o deməkdir ki, fəallığa siz başlamalısınız, başqasınının fəallığına reaksiya verməklə keçinməməlisiniz”.

İRAQ XƏRİTƏLƏRİ

New Yor Times qəzeti “İraqın sonu” adlı məqaləsində son illər İraqın bölünməsi haqda nəzəriyyələrə, hətta tez-tez peyda olan xəritələrə toxunur.

Qəzet yazır ki, 11 sentyabrdan, ərəb inqilablarından və əks-inqilablarından, sünni-şiə davalarından sonra kartoqraf strateqlər düşünürlər ki, 11 sentyabrdan başlanan dalğa sərhədləri yenidən çəkəcək. O sərhədləri ki, bunları 100 il əvvəl məxfi Britaniya-Fransa müqaviləsi olan Syke-Picot müqaviləsi çəkib.

Son illərin yeni xəritələri 2006-cı ildən başlanır. Həmin il istefada olan polkovnik Ralf Peters bir xəritə çəkdi və burda Səudiyyə Ərəbistanı, Pakistan bölünürdü, İraqın yerində Sünni, Şiə və Kürd respublikaları yaranırdı.

2 il sonra Jeffrey Goldberg öz xəritəsini çəkdi. Bu xəritədə Ələvi Respublikası, Qəzza İslam əmirliyi yaranırdı və Əfqanıstan da bölünürdü. Keçən il Robin Wright New York Times qəzetində daha bir xəritə verdi. Burda Liviya da bölünürdü.

Vaxtilə Petersin xəritəsi ABŞ-ın Silahlı qüvvələr jurnalında çıxmışdı, burdan da hamı bir nəticə çıxartdı ki, ABŞ-ın məxfi planı var: İraqı və Yaxın Şərqi yenidən bölmək.

Ancaq New York Times yazır ki, reallıq tamamilə fərqlidir. Bütün bu xəritələr güman olaraq qalır.

Bunun lehinə ən gqüclü arqument odur ki, Sykes-Picot müqaviləsinin saxlanmasında, yəni dövlətlərin indiki kimi qalmağında ABŞ-ın çox güclü marağı var.

ROHANİ KHAMENİYƏ QARŞI

National İnterest dərgisi yazır ki, İranda ali lider Khamanei ilə prezident Rouhani mədəni müharibədədir.

Rohani deyib ki, “mədəniyyət xadimlərini islam inqilabı dəyərlərinə sadiq olanlarla qeyrilərinə bölmək mənasızdır. Azadlıq olmasa incəsənət mənasızdır. Azadlıq olmadan qurub-yaratmaq mümkün deyil. Həqiqi incəsənət qeyri-azad cəmiyyətdə yarana bilməz. Biz fərmanlarla incəsənət yarda bilmərik”.

Ancaq National İnterest soruşur : prezident Rouhaninin kifayət qədər hakimiyyəti varmı ki, mədəni islahatlar keçirsin?

PREZİDENTİ TƏNQİD EDƏN KİMİ


Tacikistanda 2 gündür ki, bir çoxları Google-a daxil ola bilmir. Gmail işləmir. İyunun 10-dan əksər adamlar Youtube-a baxa bilmir.

ATƏT iyunun 15-də Tacikistana müqraciət edib ki, hökumət əlində olan bütün vasitələrdən və nüfuzdan istiufadə edib ki, Google və Youtube-a girişi bərpa etsin.
Tacikistanda son 2 ildə Facebook, Twitter, Vkontakte kimi sosial çəbəkələr də tez-tez blok olunur.

Youtube sonuncu dəfə prezident seçkilərindən sonra bağlanmışdı və bir neçə ay Tacikstanda bağlı qaldı.

Bütün bu saytların bağlanmasının isə həmişə bir səbəbi olur: prezident haqda tənqidi material sayta qoyulur və dalınca həmin sayt bağlanır. Və həmişə hökumət bundan xəbərsiz olduğunu deyir.

İyunun 4-də Facebookda bir istifadəçi küçədə divarlara rənglə çəkilən şəkilləri- qrafffitini vermişdi. Həmin qraffiti hökumət əleyhinə idi.

Bundan sonra Qozodagon saytı yazdı ki, həmin Facebook istifadəçisi həbs olunub.

TEHRANIN FRANSIZ BANKLARI

“Tehranın fransız bankirləri” yazısınında Wall Street Journal qəzeti yazır ki, ABŞ-ın Ədliyyə Nazirliyi, Nyu Yorkun maliyyə departamenti Fransanın BNP bankının 10 milyard dollar cərimə ödəməsini tələb edir. Bank sanksiyalara baxmayaraq 2002-2009-cu illərdə İran və Sudan müştərişlərinə ABŞ-dan keçən pul ödənişlərində ittiham olunur.

Qəzet yazır ki. əgər Fransa şirkətləri ABŞ-da iş görmək istəyirlərsə, onda ABŞ qanunlarına riayət etməlidirlər.

YAĞLI YEMƏK ZİYAN DEYİLMİŞ


Time jurnalı yazır ki, ABŞ-ın on illərlə piylə apardığı müharibə başa çatır.
Son araşdırmalara görə, yağlı yemək insan sağlamlığına düşünüldüyü qədər ziyan deyilmiş.

ABŞ 10 illərlə yağlı yeməyə qarşı mübarizə aparıb. 1977-ci ildə Senat Komissiyası “ABŞ-ın dietik məqsədləri” adlı proqram çap etdirmnişdi. Orda deyilirdi ki, “yağlı, piyli ətin əvəzinə meyvə, göyərti yeyin”.

1980-ci ildə ABŞ-ın Kənd Təsərrüfatı departamentinin yaydığı dietik bələdçidə deyilirdi ki, “yağlı yeməkdən, xolesteroldan qaçmaq lazımdır”. Həmin il Milli Sağlamlıq İnsitutu bildirdi ki, 150 milyon insan üzərində aparılmış tədqiqatlar göstərir ki, piy və xolesterol az olanda ürək tutması riski azalır. İnstitut 2 yaşdan yuxarı bütün amerikalılara yağı və xolesterolu az olan yeməklər yeməyi məsləhət görürdü.

Time yazır ki, o vaxtdan amerikalılar arasında ürək xəstəlikləri azalıb, ancaq məsələn, diabet 166 faiz artıb. 10 amerikalıdan biri diabetdir. Bunun müalicəsinə ABŞ ildə 245 milyard dollar xərcləyir.

Yağlı yeməklərdən imtina ABŞ əhalisinin piylənməsinin qarşısını ala bilməyib. Hər 3 adamdan birinin çəkisi normadan artıqdır.

Time ekspertlərə istinadla yazır ki, “biz bir xəstəliyi o biriləri ilə əvəz etdik”.
Jurnal yazır ki, Fransa və Qərbi Almaniya kimi ölkələrin yerli mətbəxlərində yağlı yeməklər var, ancaq burda həmin o ürək xstəliklərinin miqdarı da nisbətən azdır.
XS
SM
MD
LG