Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:04

15 iyun Ukraynada matəm günüdür


«İl-76»nın qalıqları
-
Ukrayna prezidenti Petro Poroshenko «İl-76» hərbi təyyarəsinin vurulması nəticəsində 49 nəfərin ölümü ilə əlaqədar 15 iyunu milli matəm günü elan edib.

Prezident bildirib ki, belə miqyaslı terror aktını törədənlər cəzalandırılacaq.

Prezident Nazirlər Kabinetinə həlak olanların ailələrinə yardım göstərməyi, Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını çağırmağı tapşırıb.

İyunun 14-ə keçən gecə Luqansk hava limanında yerə enərkən separatçılar Ukrayna Silahlı Qüvvələrinin «İl-76» təyyarəsini vurublar.

Təyyarənin göyərtəsində 9 ekipaj üzvü və 40 hərbçi olub.
XS
SM
MD
LG