Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:07

Jurnalisti 3 illik həbs gözləyə bilər


abil Müqabiloğlu
abil Müqabiloğlu
-
Gunxeber.com saytının redaktoru və «Yeni Müsavat» qəzetinin əməkdaşı Zabil Müqabiloğluna (Nacızadə) qarşı CM-in 147.2.2 maddəsi (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə iddia qaldırılıb.

İddiaçı İmişli rayon mədəniyyət və turizm şöbəsinin rəisi Süleyman Bəşirovdur.
İddiaya mayın 30-da Gunxeber.com saytında «Vilyam Hacıyevin attestasiya rüşvəti» adlı xəbərin yayılması səbəb olub.

Xəbərdə bildirilib ki, İmişli rayon mədəniyyət və turizm şöbəsində Mədəniyyət Nazirliyinin nümayəndələrinin iştirakı olmadan əməkdaşların attestasiyası keçirilir. Şöbənin rəhbəri B.Süleymanov isə attestasiyanın uğurlu keçməsinə görə işçilərdən rüşvət tələb edir.

İddia Nərimanov rayon Məhkəməsində qaldırılıb. İddiaya iyunun 17-də baxılacaq.

Jurnalist iddianın baxılmaq üçün qəbul edilməsini qanunsuz hesab edir.

Jurnalist deyib ki, onun informasiya mənbəyi İmişli rayon mədəniyyət və turizm şöbəsinin işçiləridir.

Z.Müqabiloğlunun hüquqlarını vəkil Elçin Sadıqov və «Yeni Müsavat» qəzetinin hüquqşünası Vaqif Hüseyn müdafiə edəcək.

147.2 maddə 3 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
XS
SM
MD
LG