Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 10:33

Əfqanıstanda zəlzələ olub


-
Əfqanıstanın şimalında 6 bal gücündə zəlzələ olub.

Zəlzələnin episentri Hindikuş dağlıq rayonu olub.

Yeraltı təkanlar Əfqanıstanın Pakistanla sərhədindəki Peşəvər şəhərində, Svat əyalətində və daha bir neçə ərazidə də hiss olunub.

Pakistan hakimiyyət orqanlarının məlumatına görə, zəlzələ əhali arasında qorxu yaradıb. Camaat küçələrə axışıb. Xəsarət alanlar və dağıntılar haqqında məlumat yoxdur.

Keçən ilin sentyabrında Bəlucistan əyalətində baş verən 7.7 bal gücündəki zəlzələ nəticəsində 376 nəfər ölmüşdü.
XS
SM
MD
LG