Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:13

II Bakı Beynəlxalq Turizm Filmləri Festivalı başlayır


Foto: Arxiv
Foto: Arxiv
-
İyunun 25-29-də «Nizami» Kino Mərkəzində II Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) keçiriləcək.

Seçim komissiyasına 58 ölkədən 405 film daxil olub.

Müsabiqə üçün seçilən filmlər 6 kateqoriya üzrə yarışacaqlar.

Beynəlxalq münsiflər heyəti hər kateqoriyada 3 filmi müəyyən edərək mükafatlandıracaq.

I yerə Qızıl mükafat - diplom, mükafat və 2000 avro pul, II yerə Gümüş mükafat - diplom və mükafat, III yerə Bürünc mükafat - diplom və mükafat təqdim ediləcək.

Festivalın ən yaxşı filmi isə «QRAN PRİ» - diplom, mükafat və 4000 avro pul ilə mükafatlandırılacaq.

Bu il festivalın qonaqları arasında «Oskar» mükafatlı kinematoqrafçılar da olacaq.

Festival «Azanfilm» studiyasının təşkilati dəstəyi ilə reallaşır.
XS
SM
MD
LG