Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 14:32

BMT rəsmisi İraqda 16 Gürcüstan vətəndaşının oğurlandığını deyir


İraq İslam Dövləti Təşkilatının yaraqlıları
İraqın Nineve vilayətində islamçı yaraqlılar 16 Gürcüstan vətəndaşını oğurlayıb. Bu məlumatı BMT-nin insan haqları üzrə komissarının sözçüsü Rupert Colville verib.
O, Cenevrədə jurnalistlərə deyib ki, 13 Gürcüstan vətəndaşı Mosulda telekommunikasiya şirkətində işləyirdi.

Ancaq Gürcüstanın İraqdakı konsulu Berdia Bekauri Rusiyanın İnterfaks agentliyinin bu məlumatını təsdiqləməyib.

Colville həmçinin deyib ki, İraq İslam Dövləti təşkilatının yaraqlıları bu həftə yüzlərlə adam öldürüb.
XS
SM
MD
LG