Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:22

BMT Təhlükəsizlik Şurası İraqdakı vəziyyəti müzakirə edib


İraqın İslamçı Dövlət və Levanta qruplaşmalarının döyüşçüləri, Mosul
İraqın İslamçı Dövlət və Levanta qruplaşmalarının döyüşçüləri, Mosul
-

BMT Təhlükəsizlik Şurası İraqdakı vəziyyəti müzakirə etmək üçün toplaşıb. İraqda islamçı yaraqlılar bir neçə şəhəri ələ keçirib.

Şuranın hazırkı prezidenti, Rusiyanın BMT-dəki səfiri Vitaly Churkin bildirib ki, İraqın BMT-dəki səfiri Nickolay Mladenov videokonfrans vasitəsilə toplantı üzvləri ilə əlaqə saxlayaraq, «Bağdadda zorakılıqların yayılma təhlükəsinin hələlik olmadığını» bildirib.

Bu arada ABŞ prezidenti Barack Obama bildirib ki, İraq ABŞ-ın daha böyük yardımına ehtiyac duyur, ancaq prezident yardımın nədən ibarət olacağına dair açıqlama verməyib.

Yüksək vəzifəli ABŞ rəsmiləri bildiriblər ki, Vaşinqton hazırda İraqa hava zərbələri endirməyi götür-qoy edir.

İraqın Mosul şəhərini ələ keçirən yaraqlılar burada və digər ərazilərdə şəriət qanunlarını tətbiq edəcəklərini elan ediblər.

Associated Press agentliyinin məlumatına görə, İraqın İslamçı Dövlət və Levanta qruplaşmalarının döyüşçülərinə (İSİL) digər sünni yaraqlılar da qoşulub.

ABŞ senatorları deyir ki, İraqa dair bütün variantlar nəzərə alınmalıdır

ABŞ senatorları İraqda vəziyyətin pisləşməsinə dair brifinq keçiriblər, ancaq zorakılığın kökünün kəsilməsi üçün konkret addıma çağırmayıb, bütün variantların nəzərə alınmalı olduğunu vurğulayıblar.

Hətta respublikaçı senatorlar John McCain, Lindsey Graham və James Inhofe hava hücumlarına çağırış etməyiblər.

«Mən prezidentin sözünü eşitmək istəyirəm. Baş komandan deyiləm. Ona nə etməli olduğunu deməkdən yorulmuşam. Ona nə etməyi demək mənim işim deyil», Graham deyib.

McCain deyib ki, prezident «bütün milli təhlükəsizlik komandasını buraxmalı» və «İraqda müharibəni udmuş» general David Petraeus və digərlərini gətirməlidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG