Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:54

Poroshenko Putinə etiraz edir


-

Ukrayna prezidenti Petro Poroshenko rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb, Rusiyadan Ukraynanın şərqinə zirehli texnikanın keçməsinə etirazını bildirib.

Kiyev öncə bəyan edib ki, Rusiyadan üç tank və digər hərbi maşınlar ölkənin şərqinə girib. Poroshenko bu hərəkəti «qəbuledilməz» adlandırıb.

Ukrayna daxili işlər naziri bu texnikanın bir hissəsinin iyunun 12-də məhv edildiyini bildirir.

Rusiya isə Ukrayna böhranına dair BMT Təhlükəsizlik Şurasına qətnamə layihəsi təqdim edib. Rusiyanın BMT-dəki səfiri Vitaly Churkin deyib ki, qətnamə zorakılığa son qoymağa və ATƏT-in hazırladığı yol xəritəsini yerinə yetirməyə çağırır.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov bildirib ki, Moskva getdikcə daha çox Ukraynanın şərqində zorakılığın dayandırılması yönündə heç bir irəliləyiş olmamasından narahatdır.
XS
SM
MD
LG