Keçid linkləri

Təcili xəbərlər
2021, 24 İyun, Cümə axşamı, Bakı vaxtı 22:01

Borrosonun səfər proqramı açıqlanıb



Avropa Komissiyasının prezidenti Jose Manuel Borrosonun Azərbaycan, Gürcüstan və Moldovaya səfərinin proqramı açıqlanıb.

İyunun 12-13-də Barrosso Gürcüstanda olacaq. Bu ölkənin prezidenti və baş naziri ilə görüşəcək, Gürcüstan İnvestisiya Konfransında çıxış edəcək.

Avropa Komissiyasının prezidenti Azərbaycanda iyunun 13-15-də olacaq. O, prezident İlham Əliyevlə, digər hökumət nümayəndələri ilə görüşəcək. Barrosonun «ADA» Universitetində «Avropa Birliyi-Azərbaycan: yeni imkanlar və çağırışlar» mövzusunda keçirilən tədbirdə çıxış etməsi planlaşdırılır.

Barrosonun Bakıya səfəri Avropa Birliyi-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi, assosiasiya sazişi ətrafında danışıqlara yeni impuls verilməsi üçün imkan kimi qiymətləndirilir.
XS
SM
MD
LG