Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:22

ATƏT təmsilçisi həbsdə olan qazax müxalifət lideri ilə görüşüb


Vladimir Kozlov
Vladimir Kozlov
-

ATƏT-in insan haqları təmsilçisi Qazaxıstanın həbsdə olan müxalifət lideri Vladimir Kozlov-la görüşüb. ATƏT-in Demokratiya, İnsan Haqları və Humanitar Məsələlər Komitəsinin sədri Isabel Santos iyunun 11-də Kozlovla Almatı yaxınlığındakı təcridxanada görüşüb.

Santos öncə Qazaxıstan rəsmiləri ilə görüşündə ölkənin insan haqları öhdəliklərini yerinə yetirməsinin, siyasi islahatların vacibliyini vurğulayıb.

Qeydiyyata alınmamış Alga («İrəli») partiyasının rəhbəri olan Kozlov 2012-ci ildə yeddi il yarım həbs cəzası alıb. O, hökuməti devirmək cəhdində ittiham olunub.

Tənqidçilər bu həbsin müxalifəti susdurmaq məqsədi daşıdığını bildirir.
XS
SM
MD
LG