Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 06:15

Ban Ki-moon İraqla beynəlxalq həmrəyliyə çağırır


Ban Ki-Moon
-

BMT-nin baş katibi Ban Ki-moon beynəlxalq ictimaiyyəti çağırıb ki, İraqla həmrəylik nümayiş etdirsinlər. İraqda sünni yaraqlılar hücuma keçiblər, iyunun 11-də Tikrit şəhərini, bir gün öncə isə Mosulu zəbt ediblər, Mosulda 80 türkü tutublar.

İyunun 12-də BMT Təhlükəsizlik Şurası toplaşaraq, İraqdakı durumu müzakirə edəcək.

Ağ Ev son sutka ərzində təhlükəsizlik vəziyyətinin pisləşdiyini bildirir. Dövlət Departamentinin sözçüsü Jen Psaki deyib ki, Birləşmiş Ştatların yaraqlıları dəf etmək üçün İraqa yeni yardım göstərəcəyi gözlənir, ancaq detallara varmayıb.
XS
SM
MD
LG