Keçid linkləri

2017, 22 İyul, şənbə, Bakı vaxtı 23:03

Krım tatarlarının lideri Kremlin siyasəti barədə


Mustafa Dzhemilev
-

Krım tatarlarının lideri Mustafa Dzhemilev deyir ki, Rusiyanın Krımı anneksiya etməsindən sonra Moskva «Krım tatarlarının bölünməsinə dair köhnə keçmiş sovet siyasətinə» bel bağlayır.

Dzhemilev iyunun 11-də Praqada AzadlıqRadiosunun rus və tatar-başqırd xidmətlərinə müsahibə verib. Onun sözlərinə görə, Krım tatarlarının ali təmsilçilik orqanına əməkdaşlıq təklifləri alınmayandan sonra Krım ərazisində «Məclisin bağlanacağı və qadağan olunacağının əlamətləri görünür».

Dzhemilev onu da söyləyib ki, Moskvanın Krımı ilhaqı «Rusiyanın və rus xalqının əsas maraqlarını zədələyir» və ölkə üçün «fəlakət, təcrid və hörmətin itməsi yoludur».

Sovet dissidenti olan Dzhemilev Rusiyanın martda Krımı anneksiya etməsinə qarşı çıxır.

Günün bütün mövzuları

XS
SM
MD
LG