Keçid linkləri

2017, 22 Sentyabr, Cümə, Bakı vaxtı 19:27

Mebel fabrikində yanğın olub, 4 nəfər yaralanıb


Arxiv foto

İyunun 11-də Nizami rayonundakı «Ocaq» Açıq Səhmdar Cəmiyyətinə məxsus mebel fabrikində yanğın baş verib.

Ümumi tutumu 50 kub.m olan taxta yonqarı bunkerində əvvəlcə partlayış, sonra yanğın olub. Yanğın nəticəsində 4 fəhlə xəsarət alıb. Onlar Yanıq Mərkəzinə və 1 saylı Mərkəzi Klinik xəstəxanasına aparılıb.

Yanğın saat 14:57-də söndürülüb.

Xəbəri Fövqəladə Hallar Nazirliyinin saytı yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG