Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:20

Məhkəmə Emil Məmmədovu ev dustaqlığına buraxmadı


Emil Məmmədov
Emil Məmmədov
-
İyunun 12-də Salyan rayon Məhkəməsində «Demokratiyaya yardım» İctimai Birliyinin rəhbəri Emil Məmmədov barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatətə baxılıb.

Vəsatət təmin olunmayıb.

Bu haqda AzadlıqRadiosuna vəkil Fariz Namazlı məlumat bildirib.

Fariz Namazlı bildirib ki, müdafiə tərəfinə məlum olmayan səbəblərdən Emil Məmmədov məhkəməyə də gətirilməyib:

«Biz vəsatətimizi müdafiə etdik. Bildirdik ki, Emil Məmmədov azadlıqda olarkən belə istintaq orqanlarının çağırışına gedib, heç vaxt gizlənməyib. Hazırda haqqında ev dustaqlığı seçilərsə, yenə də istintaqın normal gedişi təmin oluna bilər. Ancaq vəsatət təmin olunmadı».

Bundan sonra müdafiə tərəfi Şirvan Apellyasiya Məhkəməsinə şikayət verəcək.

Emil Məmmədov mayın 13-də zorla pul tələb etməkdə şübhəli bilinərək saxlanılıb. Mayın 14-də Salyan rayon Məhkəməsi onun barəsində 3 ay həbs-qətimkan tədbiri seçib. Bundan əvvəl - aprelin 17-də sözügedən QHT-nin digər fəalı Tofiq Qasımov zorla pul tələb etmək ittihamı ilə 2 ay müddətinə həbs edilib.

Hər iki fəal ittihamları sifariş hesab edir və özlərini günahkar saymırlar.
XS
SM
MD
LG