Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:47

«Yara» filmi «Palm Springs International ShortFest»in müsabiqə proqramına daxil edilib


-
Azərbaycanlı kinorejissor Teymur Hacıyevin «Yara» filmi ən nüfuzlu qısametrajlı film festivallarından biri olan ABŞ-ın «Palm Springs International ShortFest»in müsabiqə proqramına daxil edilib.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, film «FIL PRODUCTION» və «Cinex Azerbaijan Film & Digital production»un birgə istehsalıdır.

Qısametrajlı film 2013-cü ildə «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən «Nar Mobile»-ın dəstəyi ilə həyata keçirilmiş «Üç tarix» kino layihəsi çərçivəsində çəkilib.

Filmdə rolları gənc rejissor Elmar İmanov, məşhur aktyor Şamil Süleymanlı və Rasim Cəfər oynayıb.

«Palm Springs International ShortFest» iyunun 17-dən 23-dək keçiriləcək.
XS
SM
MD
LG