Keçid linkləri

Təcili xəbərlər
2021, 15 İyun, çərşənbə axşamı, Bakı vaxtı 02:47

Rusiya mediası Slavyanskın "xalq meri"nin həbs olunduğunu bildirir


Vyacheslav Ponomaryov
Rusiya medisının məlumatına görə, rusiyapərıst yaraqlılar özünü Slavyansk şəhərinin “xalq meri” elan etmiş Vyacheslav Ponomaryovu bu vəzifədən uzaqlaşdırıblar və həbs ediblər.

Rusiya mediası separtaçılar arasında olan mənbələrə istinadən xəbər verir ki, Ponomaryov iyunun 10-da səhər saatlarında həbs olunub.

Qondarma Donetsk Xalq Respublikasının lideri Denis Pushilin bu məlumatı nə təsdiq, nə də təkzib edir.

Donetskdəki mənbə isə bildirir ki, Slavyansk ilə əlaqə çox pisdir və Ponomaryovun tutulması xəbəri provokasiya da ola bilər.

Ponomaryov aprelin əvvəllərində özünü “xalq meri” elan edib. Həmin vaxt separtaçılar Slavyanskda bir neçə inzibati binanı tutdu.
XS
SM
MD
LG