Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:34

Fransada azərbaycanlı pianoçunun adına beynəlxalq müsabiqə keçirilib


Adilə Əliyeva
Adilə Əliyeva
-
Fransada azərbaycanlı pianoçu Adilə Əliyevanın adına 9-cu beynəlxalq müsabiqə keçirilib.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin Diasporla İş üzrə Dövlət Komitəsinə istinadla yaydığı xəbərə görə, hər iki ildən bir Qayar şəhərində keçirilən müsabiqə Fransa hökumətinin və müxtəlif sponsorların dəstəyi ilə təşkil olunub.

Müsabiqədə ABŞ, Avropa ölkələri, Braziliya, Yaponiya, Koreya Respublikası, Çin və digər ölkələrin musiqiçiləri iştirak ediblər.

Adilə Əliyevanın rəhbərliyi ilə tanınmış musiqiçilərdən ibarət münsiflər heyəti 255 səs yazısı arasından 36-sını seçərək, həmin şəxsləri yarımfinal və finalda iştirak etmək üçün Qayara dəvət ediblər.

Beynəlxalq müsabiqənin qalibləri bir çox tanınmış müsabiqələrin laureatlarıdır.

Müsabiqənin laureat və diplomantları Fransa, Almaniya, Rusiya, Böyük Britaniya, eləcə də, Azərbaycanın istedadlı pianoçuları olublar.

Yekun konsertdə Qayar şəhərinin meri, Fransa parlamentinin deputatları, Azərbaycan səfirliyinin və diasporunun nümayəndələri iştirak ediblər.

Müsabiqə Fransa, İsveçrə, Rusiya mətbuatında geniş işıqlandırılıb.

Azərbaycanın əməkdar artisti, istedadlı pianoçu Adilə Əliyeva Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktorudur.

Hazırda Fransada yaşayan musiqiçi Bakıda doğulub, sonradan Moskvaya köçərək bu şəhərdə P.İ. Çaykovski adına Konservatoriyanı bitirib.

Adilə xanım Azərbaycanın əməkdar artistidir.

Dünyanın ən nüfuzlu konsert salonlarında çıxış edən tanınmış pianoçunun indiyədək 30 kompakt diski buraxılıb.

Adilə xanımın həyat və fəaliyyətindən «Musiqi ilə yaşamaq» sənədli filmi (fransız dilində) də çəkilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG