Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:52

Rusiya Bolqarıstanın Mavi Axın layihəsi üzrə işləri dayandırmasını pisləyib



Rusiyanın Avropa Birliyindəki nümayəndəsi Vladimir Сhizhov Bolqarıstanın Moskvanın dəstəklədiyi Cənub Axını qaz layihəsi üzrə işləri dayandırmasını pisləyib. Bu addımı «Rusiyaya qarşı iqtisadi sanksiyalara səlis keçid» adlandırıb.

Bolqarıstanın baş naziri Plamen Oresharski iyunun 8-də Avropa Birliyi və ABŞ-ın tənqidi fikirlərindən sonra Cənub Axını üzrə işləri dayandırdığını bildirmişdi.

Avropa Birliyi bu boru kəməri layihəsinin – «Qazprom»un boru kəməri üzərində inhisarçı nəzarəti səbəbindən – təşkilatın inhisarçılıqla bağlı qaydalarına uyğun olmadığına dair Bolqarıstanı xəbərdar etmişdi. Bu arada, Serbiyanın Baş naziri Aleksandar Vucic də kəmərin onun ölkəsindən keçəcək hissəsi üzrə işlərin davam etdiyinə dair xəbərləri təkzib edib.
XS
SM
MD
LG