Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Oktyabr, şənbə, Bakı vaxtı 17:13

Əfqanıstanda sel nəticəsində azı 50 nəfər ölüb


Arxiv foto
Əfqanıstanın şimalında baş verən sel nəticəsində azı 50 nəfər həlak olub.

Rəsmilər çoxlu sayda adamın seldə itkin düşdüyünü bildirir.

Selin ən çox ziyan vurduğu Bağlan vilayətinin beş kəndində yüzlərlə evin sel suları altında qaldığı bildirilir. Rəsmilər ölənlərin sayının artacağından narahatdır.

May ayından bu yana Əfqanıstanda torpaq sürüşmələri nəticəsində 2 mindən çox adam həlak olub.
XS
SM
MD
LG