Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:16

Azərbaycanda ilk dəfə qolf turniri keçirilir [Fotolar]


Quba - 7 iyun 2014
Quba - 7 iyun 2014
-
İyunun 7-də Azərbaycanda ilk dəfə olaraq milli qolf turniri başlayıb. Turnirin təşkilatçısı Azərbaycan Qolf Federasiyası ilə Milli Qolf Klubudur.

AzərTAc xəbər verir ki, Quba şəhərində keçirilən turnirdə Azərbaycan vətəndaşları, burada işləyən əcnəbilər, eyni zamanda, xarici ölkələrdən gəlmiş qolf həvəskarları da iştirak edirlər.

Turnir keçmiş prezident Heydər Əliyevin xatirəsinə həsr olunub.

Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov bildirib ki, «Azərbaycanda keçirilən belə mötəbər turnirlər qolfun inkişafında mühüm əhəmiyyət daşıyır».

Oyunçuların ödədikləri qeydiyyat haqları xeyriyyə məqsədləri üçün istifadə ediləcək - əlilliyi olan uşaqlar üçün əlil arabaları alınacaq.

Milli qolf turnirinin qalibi üçün ayrılmış əsas mükafat «BMW X1» avtomobilidir.

Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov «Garant Holding»in İdarə Heyətinin sədri, nəqliyyat naziri Ziya Məmmədovun oğludur.
XS
SM
MD
LG