Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:41

Ali Məhkəmə Hilal Məmmədovun şikayətinə baxacaq


Hilal Məmmədov
Hilal Məmmədov
-
İyunun 12-də Ali Məhkəmədə «Tolışi sado» qəzetinin baş redaktoru Hilal Məmmədovun kasasiya şikayətinə mahiyyəti üzrə baxılacaq.

Həmin gün inzibati-iqtisadi işlər üzrə kollegiyada Hilal Məmmədovun DİN və Baş Prokurorluq tərəfindən təqsirsizlik prezumpsiyasının pozulması üzrə digər kasasiya şikayətinə də baxılacaq.

Məlumatı Hilal Məmmədovun Hüquqlarını Müdafiə Komitəsi yayıb.

Kasasiya şikayətində cinayət işinin araşdırılması zamanı çoxsaylı prosessual pozuntulara yol verildiyindən Hilal Məmmədova qarşı cinayət işinin dayandırılması məsələsi qoyulur.

Hilal Məmmədov 2012-ci il iyunun 21-də həbs olunub. 2013-cü il sentyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib. O, dövlətə xəyanətdə, milli ədavətin qızışdırılmasında və narkotik maddə alverində təqsirli bilinib. Hilal Məmmədovun özü ittihamları qəbul etmir.

«Amnesty International» Hilal Məmmədovu vicdan məhbusu elan edib.
XS
SM
MD
LG