Keçid linkləri

2017, 22 Sentyabr, Cümə, Bakı vaxtı 17:39

Ukrayna prezidentinin andiçmə mərasiminə Oqtay Əsədov gedəcək


Oqtay Əsədov

İyunun 7-də Ukraynanın yeni prezidenti Petro Poroshenkonun andiçmə mərasimində Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov təmsil edəcək.

Bunu iyunun 6-da Azərbaycanın Ukraynadakı səfirliyi açıqlayıb.

Petro Poroshenkonun andiçmə mərasimi Ali Radanın təntənəli iclasında keçiriləcək.

Ukraynada mayın 25-də keçirilmiş prezident seçkisində Petro Poroshenko 54,7 faiz səslə qalib gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG