Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:00

Macar memarı 39 il öncə İçərişəhərdən apardığı daşı...


Səfir Vilayət Quliyev və memar Laslo Varadi
Səfir Vilayət Quliyev və memar Laslo Varadi
-
Azərbaycanın Macarıstandakı səfirliyinin mətbuat xidməti AzadlıqRadiosuna İçərişəhərdən aparılan daşın həqiqi sahiblərinə qaytarıldığını bildirir.

1975-ci ildə turist kimi Bakıda olarkən, Qız Qalasının yaxınlığındakı naxışlı bir daş parçası Macarıstan memarı Laslo Varadinin diqqətini çəkib.

O zaman heç bir nəzarət olmadığından memar həmin daş parçasını asanlıqla Macarıstana aparıb.

Son qırx ilə yaxın müddətdə Bakıdan gətirilmiş daş Budapeştdəki bir sıra maraqlı layihələrin müəllifi olan macar memarın ofisini bəzəyib.

Bu yaxınlarda artıq İçərişəhərin qoruq elan edildiyini və onun simasının tamamilə dəyişdiyini öyrənən Laslo Varadi Azərbaycan Respublikasının Budapeştdəki səfirliyinə gələrək qədim memarlıq abidəsinin bir parçası olan həmin daşı həqiqi sahiblərinə qaytarmağı qərara alıb.

Səfir Vilayət Quliyevlə görüş zamanı macar memar Bakının öz zəngin arxitekturası ilə dünyanın təkrarsız şəhərlərindən biri olduğunu söyləyib.

Uzun illər şəxsi kolleksiyasında saxladığı qədim daş parçasına gəlincə, Laslo Varadinin fikrincə, bu daş vaxtilə, çox güman, bir qapının portal hissəsini bəzəyib.

Səfirlik qəribə təsadüf nəticəsində Azərbaycandan Macarıstana səyahət edən yazılı daş parçasını İçərişəhər qoruğuna göndərməyə qərar verib.
XS
SM
MD
LG