Keçid linkləri

2017, 28 May, bazar, Bakı vaxtı 14:28

Moskvada 400 şübhəli qanunsuz miqrant saxlanıb


Arxiv foto

Rusiya polisi və Federal Miqrasiya Xidməti Moskvada 400 şübhəli qanunsuz miqrant saxlanıb.

Rusiya Daxili İşlər Nazirliyinin rəsmiləri miqrantların iyunun 5-də xüsusi əməliyyatda saxlandığını bildirir. Əməliyyat Rusiya paytaxtında, Moskva-City biznes mərkəzinin tikinti sahəsində aparılıb.

Miqrantların əksəriyyəti Moldova, Tacikistan, Ukrayna və Özbəkistan vətəndaşlarıdır. Polis onların öz ölkələrinə deportasiya olunacağını deyir.

Mayda həmin ərazidə kütləvi toqquşmalardan sonra polis axtarışları gücləndirib. Xeyli sayda miqrant xəsarət alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG