Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:22

Ukrayna rəsmisi 300 yaraqlının öldürüldüyünü bildirir, yaraqlılar isə bunu təkzib edir


Slavyansk
Slavyansk
Ukraynanın anti-terror əməliyyatının sözçüsü Vlıadisdlıav Seleznyov bildirir ki, son 24 saat ərzində 300 separatçı yaraqlı öldürülüb, 500 yaraqlı isə yaralanıb.

Bu məlumatı rusiyapərəst yaraqlılar təkzib edir.

Seleznyovun dediyinə görə, hücum əməliyyatında Ukrayna ordusundan 2 nəfər həlak olub, 45 nəfər yaralanıb. Ordunun 2 helikopteri zədələnib.

Separtaçı yaraqlılar isə 1 helikopterin vurulduğunu deyirlər.

Slavyansk şəhərinə ordunun hücumu davam edir. Luhansk yaxınlığında isə iki günlük müdafiədən sonar Ukraynanın Milli Qvardiyası öz bazasını tərk edib.
XS
SM
MD
LG