Avropa Komissiyası Litvanın 2015-ci il yanvarın 1-dən avroya keçməsini təsdiqləyib.
Avropa Birliyinin iqtisadiyyat komissarı Olli Rehn iyunun 4-də elan edib ki, Litva özünün büdcə siyasəti və iqtisadi islahatları ilə avronu tətbiq etməyə hazırdır.
Litva avrodan istifadə edən 19-cu ölkə olacaq. Avropa Birliyinin 9 ölkəsi isə hələ də öz milli valyutasından istifadə edir.
Litvanın baş naziri Butkevicius hesab edir ki, avroya keçmək Litvanın iqtisadi, maliyyə, siyasi və milli təhlükəsizliyini artıracaq.