Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:45

Kənd təsərrüfatı necə məhv edilir


-

İyunun 4-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir


DOLMA VƏ PLOV UNESCO-DA

UNESCO-nun mənzil iqamətgahındakı restoranda Azərbaycan mətbəxi günləri başlayıb. AzərTac-ın məlumatına görə, «nüfuzlu beynəlxalq təşkilatda zəngin Azərbaycan mətbəxini məşhur «Buta Palace» restoranının aşpazları təqdim edirlər. Azərbaycanlı aşpazlar müştərilərə əsasən çoban, manqal və incə salatları, dovğa, düşbərə, doğramac, üzüm və pip yarpağından hazırlanmış dolmalar, lülə kabab və xalqımızın ən sevimli xörəyi hesab edilən şah plovu təqdim edirlər. UNESCO-da Azərbaycan mətbəxi günləri iyunun 6-dək davam edəcək».

KƏND TƏSƏRRÜFATI NECƏ MƏHV EDİLİR?

«Azadlıq» qəzeti kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun yazısını dərc edib. Müəllif yazır:

«Bir yandan iqlim dəyişikliyi nəticəsində istehsal prosesi zamanı baş verən kataklizmlər, xəstəlik və zərərvericilərin geniş yayılması, digər tərəfdən də keyfiyyətli toxum, gübrə, texnika, anbar çatışmazlığı, suvarma suyu ilə təminatda yaranan problemlər mövcud durumu daha da çətin vəziyyətə salıb. Bu azmış kimi, yüksək gəlir gətirən istehsal sahələri, topdansatış bazarı və idxal məmurlar tərəfindən inhisara alındığı üçün kəndlilər, fermerlər istehsal etdikləri məhsulları daxili bazara çıxarıb satmaqda çətinlik çəkirlər. Son zamanlar belə halların baş verməsi öz növbəsində fermerlərin, kəndlilərin bir hissəsini müflisləşdirib, onları həvəsdən salıb, banklardan kredit alan sahibkarların borc yükünü artırıb».

GÖZLƏRİ KOR EDƏN GÜN EYNƏKLƏRİ
«Yeni Müsavat» qəzeti satışdakı gün eynəklərindən yazır.

Biz də bu cür eynəklər satılan məkanlara baş çəkib onların qiyməti və keyfiyyəti ilə maraqlandıq. Satışda 5 manata da eynək var, 20 manata da. Yalnız optikalarda eynəklərin qiyməti 50 manatdan başlayır. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, brend eynəklərin öz testləri var. Bizim otağımızda da belə bir test var. Yaxşı eynək satanlar bu testi özləri ilə gəzdirir. Onlar eynəyi geyinəndə bu testdə adi gözlə görünməyən başqa bir şey görürlər. İstehlakçılar buna fikir verməlidir. Dünyanın bir çox ölkələrində eynək bazarı bu cürdür. Mən bu gün də təəccüb edirəm ki, Azərbaycan vətəndaşları, xüsusən də qadınlar qış aylarında maşına oturan kimi niyə qara eynək geyinirlər. Onlar bununla gözlərini kor edirlər. Bu sahədə böyük problemlər yaşanır. Əslində eynək geyinmək həkimlərin göstərişi, diaqnozu ilə olmalıdır».

«OXFAM» KƏNDƏ NƏ APARIR?

«Media Forum»: «Azərbaycanda tərəvəz toxumçuluğunun və çiyələk sektorunun inkişafına böyük ehtiyac duyulur və buna potensial var. Bunu «Oxfam» Beynəlxalq Humanitar Təşkilatının Avropa Birliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi «Regionların və kənd yerlərinin inkişafına yönəlik yerli təşəbbüslərə yardım proqramı»nın layihə rəhbəri Ramilə Aslanova deyir. Aslanovanın sözlərinə görə, təşkilat Mərkəzi Aranda kənd yerlərinin inkişafında çiyələk və tərəvəz dəyər zəncirləri üçün əlverişli şərait yaratmaqla kiçik fermerlərin dəstəklənməsi və onların gəlirlərinin artırılması məqsədilə «Kənd yerlərinin inkişafı» layihəsini həyata keçirir. Bu layihə Bərdə, Ağdam, Tərtər, Goranboy və Yevlax rayonlarının 50 kəndini əhatə edir.

««HEPATİT B» VİRUSU GİZLİ YAŞAYAN BİR XƏSTƏLİKDİR»

Azərbaycanda təkcə bir gün ərzində 3 nəfərdə «Hepatit B» virusu aşkarlanıb. Bu barədə APA TV-də yayımlanan «Sosium» verilişinin qonağı, Respublika Diaqnostika Mərkəzinin şöbə müdiri Arzu Yusifova deyib. Respublika Diaqnostika Mərkəzində artıq 3-cü gündür ki, pulsuz laborator analizlər aparıldığını vurğulayan şöbə müdiri deyib ki, əvvəlcədən vəd edildiyi kimi, mərkəzdə bu aksiya iyunun sonuna kimi davam edəcək: «Müraciət edənlər var. Yaxşı olardı ki, hər kəs bu fürsətdən istifadə etsin. «Hepatit B» virusu gizli yaşayan bir xəstəlikdir. Ümumiyyətlə «Hepatit B» və ya «Hepatit C» heç bir əlamət olmadan uzun illər orqanizmdə qalır. Ona görə də müayinə vacibdir. Adətən Azərbaycanda kimsə qan qusandan sonra biz həkimlərə yaxınlaşırlar. Onda da xəstəlikdən qurtulmaq həm maddi, həm də tibbi müdaxilə baxımından çətin olur».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG