Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:00

Bakıda yol qəzasında 3 nəfər ölüb, 1 nəfər yaralanıb


Arxiv foto
Paytaxtın Suraxanı rayonunda 3 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır qəza baş verib.


APA-nın məlumatına görə, Zığ qəsəbəsi yolunda «Hyundai» və «Mercedes» markalı minik avtomobilləri toqquşub. Ağır qəza nəticəsində avtomobillər deformasiyaya uğrayıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə «Hyundai» markalı avtomobildə olan yaralı sərnişini çıxarıblar. O, Təcili Tibbi Yardım Stansiyası ilə xəstəxanaya çatdırılıb.

«Hyundai» avtomobilinin sürücüsü və «Mercedes»də sıxılmış vəziyyətdə qalmış şəxsiyyəti məlum olmayan 2 sərnişinin cəsədləri avtomobildən çıxardılaraq hüquq mühafizə orqanları əməkdaşlarına təhvil verilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
XS
SM
MD
LG