Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 16:08

İlham Əliyev bp şirkətinin direktorunu qəbul edib


Bob Dudley
-
İyunun 3-də prezident İlham Əliyev bp şirkətinin baş icraçı direktoru Robert Dudley-i qəbul edib.

Görüşdə Bakıda keçirilən XXI Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisi və konfransına toxunulub. Bu tədbirin Azərbaycanın enerji sahəsində beynəlxalq əməkdaşlığını daha da genişləndirməsinə töhfə verəcəyi qeyd olunub.

Söhbət zamanı Azərbaycan ilə bp arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.
XS
SM
MD
LG