Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:01

«Baku Guide» bələdçi kataloqunun iyun sayı çapdan çıxıb


-
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, «Mədəniyyət» qəzetinin əlavəsi olaraq hazırlanan «Baku Guide» bələdçi kataloqunun növbəti sayı işıq üzü görüb.

Ölkəyə gələn turistlər, eləcə də aktiv mədəni istirahətə üstünlük verən vətəndaşlar üçün informasiya mənbəyi olan nəşrin iyun sayı bir çox yeniliklərlə diqqət çəkir.

Kataloqda Bakının küçə, prospekt, meydanları, şəhər və şəhər ətrafında yerləşən görməli yerlər, tarixi məkanlar, mədəniyyət ocaqları, rəsm qalereyaları, teatr və konsert müəssisələri, muzeylər, kitab evləri, idman və sərgi kompleksləri haqqında ətraflı məlumat verilir.

Bakı
Bakı
Nəşrdə ay ərzində keçirilməsi planlaşdırılan mədəni-kütləvi tədbirlər, teatr və konsert müəssisələrinin repertuarları, festivallar, sərgilər, bayramlar və s. barədə məlumatlar, eləcə də tədbirlərin keçiriləcəyi ünvan, tarix, əlaqə telefonları da yer alıb.

Bələdçi kataloqun bu sayından etibarən həvəskarlar Bakıda fəaliyyət göstərən kinoteatrların aylıq repertuarı ilə də tanış ola biləcək, eləcə də, nümayiş olunan filmlər haqqında qısa məlumat öyrənəcəklər.

«Məşhur insanların Bakı təəssüratları» bölməsində Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin Bakı haqqında və ölkənin turizm potensialı ilə bağlı fikirlərinə yer verilib.

«Bakı haqqında hər şey» («All about Baku») konseptində hazırlanan kataloq şəhərdəki hotel, restoran, ticarət və əyləncə məkanları, avtomobil kirayəsi, fövqəladə hallarda yardım ala biləcəkləri çağrı mərkəzlərinin əlaqə nömrələri - bir sözlə, turistləri və şəhərimizin qonaqlarını maraqlandıra biləcək ən müxtəlif məlumatlarla zəngindir.
XS
SM
MD
LG