Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:20

Beş rayonun sakinləri iş tapa bilər?


Arxiv foto: İmişlidə əmək yarmarkası
Arxiv foto: İmişlidə əmək yarmarkası
-

Əmək və Sosial Müdafiə Nazirliyi nəzdindəki Dövlət Məşğulluq Xidməti iyun ayında ölkənin 5 rayonunda əmək yarmarkaları keçirməyi planlaşdırır.

Nazirlikdən «APA-Ekonomiks»ə verilən bilgilərə görə, belə yarmarkalar Qax, Daşkəsən, Ağstafa, Qazax və Tovuz rayonlarında təşkil olunacaq.

Dövlət Məşğulluq Xidmətinin bu ilin yanvar-may aylarında Bakı və Şəmkirdə, İsmayıllı və Yardımlıda, Naftalan, Qobustan və Şəkidə keçirdiyi yarmarkalar nəticəsində 919 nəfər işlə təmin edilib. Daha 117 nəfər peşə hazırlıq kurslarına, 14 nəfərsə ödənişli ictimai işlərə cəlb olunmaq üçün qeydə alınıb.

Xəbərdə əmək yarmarkaların keçirildiyi və təşkil olunacağı rayonlarda işsiz sakinlərin ümumi sayı, özünə iş tapanların aldığı və alacağı orta əməkhaqqı barədə məlumat verilmir.
XS
SM
MD
LG