Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:46

Lahorun Sünni Şurası "namus qətllərini" "haram" elan edir


Pakistanın Lahor şəhərinin Sünni Şurası “Namus qətllərini” pisləyərək bunu “haram” elan edib.

Şuranın 30 üzvündən biri olan Müfti Muhammad Karim Khan Azadlıq Radiosuna deyib ki, məhkəməsiz insan öldürməyi İslam qadağan edir və Şəriət qadın və kişiyə öz həyat yoldaşını seçmək icazəsi verir.

25 yaşlı Farzana Parveenin öz istəyi ilə ərə getməyə görə Lahorda daşa-qalaq edilməsi Pakistanda və dünyada böyük əks-səda doğurub.

Mayın 26-da Parveeni öz ailə üzvləri daş-qalaq etdi və onun ölümündən sonra onun atası, əmisi və iki əmisi oğlu həbs olundu.

Keçən il Pakistanda belə “namus qətllərində” 869 qadın ölüb.
XS
SM
MD
LG