Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 17:53

Qazprom qabaqcadan ödəniş sistemini ertələyib


-
Rusiyanın Qazprom şirkəti Ukraynaya qaz təchizatı üçün qabaqcadan ödəniş sistemini iyunun 9-dək ləğv edib. Kiyev artıq ödənişin bir hissəsini edib.

Qazprom rəhbəri Aleksei Miller bəyanatı iyunun 2-də verib. Rusiyanın Enerji Nazirliyi təsdiqləyib ki, Moskvaya olan 5.2 milyard dollarlıq qaz borcunun bir hissəsini – 786 milyon dolları alıb.

«Ukraynanın borcunu ödəməyə başlamasını alqışlayırıq və iyunun 9-dək ilkin ödəniş rejimini təxirə salırıq,» Miller bəyanatında qeyd edib.

İyunun 2-də Brüsseldə Ukraynanın qaz borcunun həlli üzrə danışıqların növbəti raundu keçiriləcək.

Avropa Birliyinin Enerji Komissarı Guenther Oettinger ümidini bildirib ki, irəliləyiş əldə etmək olar.

UKRAYNA XƏBƏRLƏRİNİ CANLI BLOQDA İZLƏ
XS
SM
MD
LG