Keçid linkləri

2017, 27 İyul, Cümə axşamı, Bakı vaxtı 04:59

Şübhəli yəhudi muzeyinə hücumunu etiraf edir


Brüsseldə yəhudi muzeyi
-

Prokurorlar bildirir ki, Brüsseldə Yəhudi Muzeyinə hücuma görə saxlanmış fransız videoda törədilən qətlləri etiraf edib. 29 yaşlı Mehdi Nemmouche mayın 30-da Marseldə həbs olunub.

Fransanın anti-terror prokuroru Francois Molins iyunun 1-də bildirib ki, şübhəlinin üstündə kamera tapılıb. Kameradakı videoda o, 24 may hücumuna görə məsuliyyəti üzərinə götürüb. Həmin hücumda 3 nəfər ölüb, bir nəfər ağır yaralanıb.

Molins-in sözlərinə görə, Nemmouche-un üstündən Kalaşnikov avtomatı və hücumda istifadə olunduğu güman edilən tapança tapılıb. Suriyada bir ildən çox qalmış Nemmouche-un radikal islamçılarla bağlılığı iddia olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG